Pavel Hapal: "Fasilədən sonra sanki Azərbaycan futbolçularında bir canlanma yaşandı"

Pavel Hapal: "Fasilədən sonra sanki Azərbaycan futbolçularında bir canlanma yaşandı"
# 20 noyabr 2019 02:55 (UTC +04:00)

“Biz oyuna yaxşı başladıq və bir neçə təhlükəli epizodlar yaratdıq. Rəqib isə kompakt oynadı”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin Azərbaycanla seçmə oyununda sonra təşkil olunan mətbuat konfransına qatılan mütəxəssis 2:0 hesablı qələbəyə şərh verib: “Fasilədən sonra sanki Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı. Bizdə isə əksinə, ikinci hissədə futbolçularım bir qədər həvəsdən düşdülər. Uelsin hesabda öndə olması xəbəri də təsir etməyə bilməzdi. Azərbaycan millisinin hesabı bərabərləşdirmək imkanı oldu, ancaq qapıçımız əla çıxış edərək buna imkan vermədi. Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi. Ardınca isə ikinci qolu vurduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR