Paytaxtda qollu heç-heçə qeydə alınıb, “Sabah” uduza-uduza gedir - VİDEO

Paytaxtda qollu heç-heçə qeydə alınıb, “Sabah” uduza-uduza gedir - VİDEO
  • Clock-gray 21:38
  • calendar-gray 21 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında V tura start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Günün ilk qarşılaşması Sumqayıtda baş tutub. Ardıcıl üç məğlubiyyət alan sumqayıtlılar autsayder “Sabah”ı qəbul edib. İlk yarıda vurulan bir qol “Sumqayıt”a qələbə qazandırıb.

“Qəbələ” isə Bakıda “Səbail”in qonağı olub. Paytaxtdakı matçda qalib müəyyənləşməyib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Rövlan Muradov 17-ci dəqiqədə fərqlənib. Paytaxt təmsilçisi ikinci hissənin ortalarında Mirabdulla Abbasovun qolu ilə hesabda tarazlıq yaradıb.

Qeyd edək ki, turun digər oyunu sentyabrın 22-23-də keçiriləcək. Sabah “Neftçi” “Keşlə”ni, ertəsi gün “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
V tur
21 sentyabr (şənbə)

“Sumqayıt” – “Sabah” – 1:0
Qol: Sərtan Taşkın, 34
Qırmızı vərəqə: Mehdi Şərifi, 77
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”, 17:30

“Səbail” – “Qəbələ” – 1:1
Qollar: Mirabdulla Abbasov, 66 -Rövlan Muradov, 17
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 19:45

1

Qarabağ

4

4

0

0

10-0

12

2

Səbail

5

3

1

1

7-6

10

3

Zirə

4

2

1

1

4-3

7

4

Keşlə

4

2

0

2

6-3

6

5

Sumqayıt

5

2

0

3

5-7

6

6

Neftçi

4

1

1

2

3-5

4

7

Qəbələ

5

1

1

3

2-10

4

8

Sabah

5

0

2

3

2-5

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov (“Səbail”) - 3 qol.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date