Peyman Babayi: "Qarabağ"ı yaxşı incələmiş, zəif yerlərini öyrənmişdik"

Peyman Babayi: "Qarabağ"ı yaxşı incələmiş, zəif yerlərini öyrənmişdik"
# 22 noyabr 2019 23:03 (UTC +04:00)

"Azərbaycan futbolunu "Qarabağ"la tanıyırlar. Belə komandaya 2 qol vurmaq xüsusi hissdir".

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edən "Sumqayıt"ın hücümçusu Peyman Babayiyə məxsusdur.

Ağdam klubu ilə oyunda əsas pay sahibi olan Babayi "Qarabağ"ı yaxşı təhlil etdiklərini vurğulayıb: "Qarabağ"la oyunun çətin olacağını bilirdik. Sevinirik ki, çox yaxşı oynayıb 3 xal götürdük. "Qarabağ"ı yaxşı incələmiş, zəif yerlərini öyrənmişdik. Plan belə idi ki, birinci hissədə qol buraxmayaq. Belədə ikinci hissədə qol imkanları yaranacaqdı. "Qarabağ" bu mövsüm ilk məğlubiyyətini Sumqayıtda aldı. Ancaq bu qələbəni unutmaq lazımdır. Gələn həftə "Keşlə" ilə çox ağır oyunumuz olacaq".

25 yaşlı forvard vurduğu qolları valideynlərinə həsr edib: "İlk dəfədir ki, valideynlərim mənim oyunumu yaxından izləyir, stadiona gəlirlər. Sevinirəm ki, onların gözü önündə "Qarabağ" kimi komandaya 2 qol vurdum. Bu qollara atamla anama həsr edirəm".

Görüşdə dubl edən iranlı forvard rəqibin çox yaxşı mudafiə xəttinə və qapıçıya sahib olduğunu, onları məyus edə bildiyinə görə öyünməsini normal sayır: "Azərbaycan futbolunu "Qarabağ"la tanıyırlar. Ona görə öyünməyim təbiidir. Rəqibin çox yaxşı mudafiəsi və qapıçısı var. Belə komandaya 2 qol vurmaq fəxrdir. Amma əsas odur ki, bu qollarla komandama xeyir verdim, 3 xal qazandırdım".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR