Polşa AVRO-2020-yə yüksəlib, Azərbaycan yığmasının qrupda sonuncu olacağı rəsmiləşib

Polşa AVRO-2020-yə yüksəlib, Azərbaycan yığmasının qrupda sonuncu olacağı rəsmiləşib
# 14 oktyabr 2019 00:46 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində VIII turun növbəti oyunları keçirilib.

APA-nın məlumatına görə, oyunları başa çatan İ qrupunun ardından daha üç qrupda 6 qarşılaşma baş tutub.

C qrupunda liderlər səfər qələbələrinə seviniblər. Almaniya Estoniyanı, Hollandiya Belarusu darmadağın edib.

Azərbaycan çıxış etdiyi E qrupunda Macarıstana uduzub – 0:1. Final mərhələsinə vəsiqəni təmin etmək üçün Uelsi məğlub etməli olan Xorvatiya hesabı açsa da, sonda 1 xalla kifayətlənib. Qaret Beylin vurduğu top Uelsə xal qazandırmaqla yanaşı, Azərbaycan yığmasının sonuncu yerini rəsmiləşdirib. Millimiz son iki görüşdə qalib gəlsə də, son pillədən xilas olmayacaq.

Xorvatiyadan fərqli, Polşa isə final mərhələsinə yüksəlib. Şimali Makedoniya üzərində qələbə bu komandanı Belçika, İtaliya və Rusiyadan sonra 4-cü vəsiqənin sahibinə çevirib. Polşanın buna nail olmasında Sloveniyanın Avstriyaya uduzması da rol oynayıb.

Qeyd edək ki, tura oktyabrın 15-də yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr

C qrupu
20:00. Belarus – Hollandiya – 1:2
Draqun, 54 – Viynaldum, 32, 41
22:45. Estoniya – Almaniya – 0:3
Gündoğan, 52, 57, Verner, 71

1

Hollandiya

6

5

0

1

19-7

15

2

Almaniya

6

5

0

1

20-6

15

3

Ş.İrlandiya

6

4

0

2

8-7

12

4

Belarus

7

1

1

5

4-12

4

5

Estoniya

7

0

1

6

2-21

1

Növbəti turun oyunları noyabrın 16-da keçiriləcək: Şimali İrlandiya – Hollandiya, Almaniya – Belarus.

E qrupu
20:00. Macarıstan – Azərbaycan – 1:0
Korhut, 10
22:45. Uels – Xorvatiya – 1:1
Beyl, 45+3 - Vlaşiç, 9

1

Xorvatiya

7

4

2

1

14-6

14

2

Macarıstan

7

4

0

3

8-9

12

3

Slovakiya

6

3

1

2

10-8

10

4

Uels

6

2

2

2

6-6

8

5

Azərbaycan

6

0

1

5

5-14

1

Növbəti turun oyunları noyabrın 16-da keçiriləcək: Azərbaycan – Uels, Xorvatiya – Slovakiya.

G qrupu
22:45. Sloveniya – Avstriya – 0:1
Poş, 21
22:45. Polşa – Şimali Makedoniya – 2:0
Frankovski, 74, Milik, 80

1

Polşa

8

6

1

1

13-2

19

2

Avstriya

8

5

1

2

17-7

16

3

Sloveniya

8

3

2

3

13-8

11

4

Ş.Makedoniya

8

3

2

3

10-11

11

5

İsrail

7

2

2

3

12-14

8

6

Latviya

7

0

0

7

1-24

0

Növbəti turun oyunları noyabrın 16-da keçiriləcək: İsrail – Polşa, Avstriya – Şimali Makedoniya, Sloveniya – Latviya.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR