“Portu” klubunda İker Kasilyasa vəzifə verilib

“Portu” klubunda İker Kasilyasa vəzifə verilib
# 15 iyul 2019 17:00 (UTC +04:00)

İspaniya milli komandasının sabiq qapıçısı İker Kasilyas şərəfini qoruduğu Portuqaliyanın “Portu” klubunun rəhbərliyinə daxil edilib.

APA-nın məlumatına görə, 2018/19 mövsümünün sonunda infarkt keçirən 38 yaşlı futbolçu oyunçular, məşqçilər və rəhbərlik arasında əlaqələndirici vəzifəsinə təyin olunub. Onun bu fəaliyyəti həm də klubdaxili digər funksiyaları yerinə yetirməyə yönələcək. İ. Kasilyas klub rəsmisi olmaqla yanaşı, qapıçı kimi də karyerasını davam etdirəcək.

Qeyd edək ki, 2015-ci ildə İspaniya “Real”ından “Portu”ya keçən əlcək sahibi Portuqaliya çempionu və kubokunun qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR