Praksitelis Vouros: “Qarabağ” üzərində qələbəni belə çılğınlıqla qeyd etməyimizdə qeyri-adi heç nə yoxdur"

Praksitelis Vouros: “Qarabağ” üzərində qələbəni belə çılğınlıqla qeyd etməyimizdə qeyri-adi heç nə yoxdur"
# 08 noyabr 2019 01:55 (UTC +04:00)

“Qarabağ” üzərində qələbəni belə çılğınlıqla qeyd etməyimizdə qeyri-adi heç nə yoxdur. Söhbət qalib gəlməkdən gedəndə belə də olmalıdır”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Praksitelis Vouros deyib.

Yunanıstanlı futbolçu Avropa Liqasının IV turunun “Qarabağ”la ev oyunundakı 2:1 hesablı qələbə haqda fikirlərini açıqlayıb: “Bu həftə başlayandan “Qarabağ”la oyunda qələbə qazanmaq barədə düşünürük. Matçın ikinci hissəsində qalib gəlmək üçün lazım olan bütün bacarığımızı və oyun ehtirasımızı ortaya qoyduq. Qarşılaşmanın ilk 45 dəqiqəsində lazım olduğu kimi çıxış etmədik. Amma sonradan bütün futbolçular düzgün düşünərək, zəruri olan bütün şeyləri ortaya qoydular. Son matçlarda eyni sistemlə oynayırıq. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Oyun quruculuğunda hələ bacarığımızı tam göstərə bilmirik”.

P.Vouros matçın ilk yarısındakı zəif oyuna da izah tapıb: “İlk yarıda sanki hərə özü üçün oynayırdı. Bir az da əsəbilik var idi. Futbolçularda da, tribunalarda da narazılıq yaranmışdı. Standart vəziyyətdən erkən qol buraxmağımızdan sonra bu duruma düşmüşdük. Amma ikinci yarıda dönüş edərək, əla qələbə qazandıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR