PSJ Fransa rekordunu təkrarlayıb

PSJ Fransa rekordunu təkrarlayıb
# 19 avqust 2019 09:38 (UTC +04:00)

Fransanın PSJ klubu Liqa1 tarixinin rekordunu təkrarlayıb.

APA-nın məlumatına görə, Paris təmsilçisi ardıcıl 40-cı çempionat oyununda qol vurmaqla buna nail olub.

Paytaxt futbolçuları yeni mövsümün II turunda “Renn”ə 1:2 hesabı ilə uduzsalar da, ardıcıl 40-cı matçda da rəqib qapısına yol tapıblar. Bununla da PSJ “Rasinq” klubunun 1962-64-cü illərdə imza atdığı rekorda şərik çıxıb.

Parislilər növbəti turda “Tuluza” ilə görüşəcək. Avqustun 25-də keçiriləcək ev oyununda vurulacaq qol PSJ-ni mütləq rekordçu edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR