“Qalatasaray” futbolçusunu PSV-yə göndərib, maaşını özü ödəyəcək

“Qalatasaray” futbolçusunu PSV-yə göndərib, maaşını özü ödəyəcək
# 22 avqust 2019 09:08 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Konstantinos Mitroğlu karyerasını Hollandiyada davam etdirəcək.

APA-nın məlumatına görə, yunanıstanlı hücumçu qarşıdakı mövsümdə PSV-də oynayacaq.

O, Eyndhoven təmsilçisində icarə əsasında çıxış edəcək. PSV K. Mitroğluya görə 1,25 milyon avro ödəyəcək. Lakin futbolçunun maaşını “Qalatasaray” verəcək. İstanbullular ona bir il üçün 1,95 milyon ödəyəcək.

Qeyd edək ki, müqavilə ilə Fransanın “Marsel” klubuna məxsus olan forvard bu ilin əvvəlində “Qalatasaray”a 1,5 illik icarəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR