“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb - FOTOSESSİYA

“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb - FOTOSESSİYA
# 16 avqust 2019 23:35 (UTC +04:00)

Türkiyə Super Liqasında 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, sayca 62-ci olan mövsümün açılış oyunu Dənizlidə baş tutub.

I turun ilk oyun günündə son çempion “Qalatasaray” səfərdə “Dənizlispor”la qarşılaşıb. Görüşün taleyi fasilədən sonra həll olunub.

Düzdür, Fatih Terimin yetirmələri ilk yarıda hesabı açmağa yaxın olublar. Lakin Səlcuq İnan 29-cu dəqiqədə penaltidən yararlana bilməyib.

75-ci dəqiqədə istanbulluların qapısına yol tapan Recep Niyaz “Dənizlispor”u önə çıxarıb. Son dəqiqədə isə Huqo Rodalyeqa fərqi iki topa çatdırıb.

Qeyd edək ki, turun digər görüşləri avqustun 17-19-da keçiriləcək.

Türkiyə Super Liqası
I tur
16 avqust
“Dənizlispor” – “Qalatasaray” – 2:0

Recep Niyaz, 75, Huqo Rodalyeqa, 90

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR