“Qalatasaray” uduzub, PSJ, “Bavariya” və “Mançester Siti” ardıcıl 3-cü qələbəsini qazanıb

“Qalatasaray” uduzub, PSJ, “Bavariya” və “Mançester Siti” ardıcıl 3-cü qələbəsini qazanıb
  • Clock-gray 00:54
  • calendar-gray 23 Oktyabr 2019

Çempionlar Liqasında III tura start verilib.

APA-nın məlumatına görə, turun ilk günündə 8 qarşılaşma baş tutub.

A, B, C və D qruplarında I dövrənin son matçları keçirilib. Qonşu Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Real”la qarşılaşıb.

İlk iki turda hərəyə bir xal toplayan komandaların duelində İspaniya klubu daha güclü olub. Toni Kroosun qolu qonaqlara üç xal qazandırıb.

A qrupunun digər matçında PSJ ardıcıl 3-cü qələbəsini qazanıb. Fransa təmsilçisi Belçika “Brügge”sini məğlub edib. Killian Mbappe het-triklə darmadağında əsas pay sahibi olub.

B qrupunda “Tottenhem” “Srvena Zvezda”nı darmadağın edib. “Olimpiakos” üzərində əzmkar qələbə qazanan “Bavariya” ilk dövrəni xal itirmədən başa vurub.

C qrupunda “Mançester Siti” də eyni nəticəni göstərib. İngiltərə klubu 3-cü matçında “Atalanta”ni məğlub edib. Bu görüşdə Rahim Sterlinq het-trikə imza atıb. “Şaxtyor”la Zaqreb “Dinamo”sunun görüşündə qalib müəyyənləşməyib.

“Atletiko” D qrupunun autsayderi “Bayer”i bir qolla məğlub edib. “Yuventus” isə “Lokomotiv”lə qarşılaşmada əzmkar qələbəyə sevinib.

Qeyd edək ki, tura oktyabrın 23-də yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur
22 oktyabr

A qrupu 
23:00. “Qalatasaray” (Türkiyə) - “Real” (İspaniya) – 0:1
Kroos, 16
23:00. “Brügge” (Belçika) – PSJ (Fransa) – 0:5
İkardi, 7, 63, Mbappe, 61, 79, 83

1

PSJ

3

3

0

0

9-0

9

2

Real

3

1

1

1

3-5

4

3

Brügge

3

0

2

1

2-7

2

4

Qalatasaray

3

0

1

2

0-2

1

B qrupu
23:00. “Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) – 5:0
Keyn, 9, 72, Hyunq-Min, 15, 44, Lamela, 57
23:00. “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) – 2:3
El Arabi, 23, Gilyerme, 79 – Levandovski, 34, 62, Tolisso, 75

1

Bavariya

3

3

0

0

13-4

9

2

Tottenhem

3

1

1

1

9-9

4

3

Srvena Zvezda

3

1

0

2

3-9

3

4

Olimpiakos

3

0

1

2

5-8

1

C qrupu
20:55. “Şaxtyor” (Ukrayna) – “Dinamo” (Z, Xorvatiya) – 2:2
Konoplyanka, 16, Dodo, 75 – Olmo, 20, Orşiç, 60
23:00. “Mançester Siti” (İngiltərə) - “Atalanta” (İtaliya) – 5:1
Aquero, 34, 38 (pen.), Sterlinq, 56, 64, 69 – Malinovski, 28 (pen.)

1

Mançester Siti

3

3

0

0

10-1

9

2

Dinamo

3

1

1

1

6-4

4

3

Şaxtyor

3

1

1

1

4-6

4

4

Atalanta

3

0

0

3

2-11

0

D qrupu
20:55. “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) – 1:0
Morata, 78
23:00. “Yuventus” (İtaliya) - “Lokomotiv” (Rusiya) – 2:1
Dibala, 77, 80 - Mirançuk, 30

1

Yuventus

3

2

1

0

7-3

7

2

Atletiko

3

2

1

0

5-2

7

3

Lokomotiv

3

1

0

2

3-5

3

4

Bayer

3

0

0

3

1-6

0

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date