“Qalatasaray”ın zədələnən futbolçusunun durumuna aydınlıq gəlib

“Qalatasaray”ın zədələnən futbolçusunun durumuna aydınlıq gəlib
# 14 sentyabr 2019 00:00 (UTC +04:00)

Türkiyə Super Liqasının IV turunun “Qalatasaray” – “Kasımpaşa” oyunu meydan sahibləri üçün xoşagəlməz hadisə ilə əlamətdar olub.

APA-nın məlumatına görə, İstanbul klubunun İngiltərə təmsilçisi “Sauthempton”dan icarəyə götürdüyü Mario Lemina 30-cu dəqiqədə zədələnib.

Matçı davam etdirə bilməyən qabonlu mərkəz yarımmüdafiəçisi əvəzlənib. Onun yerinə meydana Ömər Bayram daxil olub.

“Sarı-qırmızılar”ın heyətindəki debüt qarşılaşmasını erkən başa vuran M.Lemina görüşdən sonra sosial şəbəkədə azarkeşlərə müraciət edib. O, narahatçılıq üçün əsas olmadığını, zədəsinin ciddi xarakter daşımadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR