Qara Qarayev: “Qarabağ bizimdir, bunu bütün dünya bilir”

Qara Qarayev: “Qarabağ bizimdir, bunu bütün dünya bilir”
# 23 oktyabr 2019 13:17 (UTC +04:00)

“Komanda olaraq oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

O, bu gün keçirilən mətbuat konfransında Avropa Liqasının qrup mərhələsi çərçivəsində APOEL-lə sabah keçiriləcək oyunöncəsi fikirlərini açıqlayıb: “Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq öz meydanımızda azarkeşlərimizi sevindirək”.

Q. Qarayev cari mövsümdə artıq üz-üzə gəldikləri APOEL-i yaxşı tanıdıqlarını vurğulayıb: “Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər”.

II turda “Düdelanj”la oyunda baş verənlərə bir daha münasibət bildirən Qarayev onların işinin ölkənin bayrağını uğurla təmsil etmək olduğunu söyləyib: “İdmançı kimi, siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıq olmuruq. Kiməsə sübut edəcək bir şey də yoxdur. “Qarabağ”ın avrokubok oyununda əski parçasını gətirib iddia etmək özü gülüncdür”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR