“Qarabağ” APOEL-lə cavab oyununun favoritidir 

“Qarabağ” APOEL-lə cavab oyununun favoritidir 
# 13 avqust 2019 13:11 (UTC +04:00)

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) matçının əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu şanslı hesab edirlər.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda bu gün baş tutacaq qarşılaşmada təmsilçimizin qələbəsi 2,16 əmsalla qiymətləndirilibsə, qonaqların qalib gəlməsinə 3,06 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,38-dir.

Qeyd edək ki, qarşılaşma saat 20:30-da başlayacaq. Ötən həftə Kiprdə keçirilən ilk görüşdə “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR