“Qarabağ” APOEL-lə qarşılaşacaq

“Qarabağ” APOEL-lə qarşılaşacaq
# 07 noyabr 2019 02:01 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununun keçirəcək.

APA-nın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə görüşəcək.

Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq. Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan “Qarabağ” 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə uduzmamalıdır.

Çempionlar Liqasında APOEL-i səfərdə 2:1 hesabı ilə məğlub edən ağdamlılar eyni uğuru təkrarlamaq əzmindədir. Qələbə ölkə çempionunu 1/16 finala bir addım da yaxınlaşdıracaq. Heç-heçə də “Qarabağ”ı ikincilik mübarizəsində daha şanslı saxlayacaq.

Qeyd edək ki, turun digər oyununda “Düdelanj” “Sevilya” ilə görüşəcək. İspaniya klubu bu turdan asılı olaraq nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri də təmin edə bilər.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Manuel Şuttenqruber
Baş hakimin köməkçiləri: Roland Brandner, Robert Steynaşer
Dördüncü hakim: Kristofer Yaqer (hamısı Avstriya)
Hakim-inspektor: Georgios Bíkas (Yunanıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail)
Nikosiya. GSP stadionu

1

Sevilya

3

3

0

0

7-0

9

2

Qarabağ

3

1

1

1

6-6

4

3

Düdelanj

3

1

0

2

5-10

3

4

APOEL

3

0

1

2

5-7

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR