"Qarabağ" - APOEL matçının biletləri sabah satışda olacaq

"Qarabağ" - APOEL matçının biletləri sabah satışda olacaq
# 16 oktyabr 2019 16:55 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" – APOEL matçının biletləri sabahdan satışa çıxarılır.

APA-nın məlumatına görə, III turun oktyabrın 24-də baş tutacaq oyununa bilet satışı sabah saat 12:00-da başlayacaq.

Azarkeşlər qarşılaşmanı izləmək üçün sektorlardan asılı olaraq 2, 5, 10, 15, 50 və 75 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall, Park Bulvar AVM, ASAN 2, 3-də, həmçinin onlayn şəkildə İticket.az ilə əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR