“Qarabağ” – APOEL matçının hakimləri dəqiqləşib

“Qarabağ” – APOEL matçının hakimləri dəqiqləşib
# 21 oktyabr 2019 13:12 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” – APOEL matçının hakimləri açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 24-dəki matçı slovakiyalı hakimlər idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunun baş hakimi Filip Qlova, köməkçiləri Frantişek Ferens və Yan Pozor olacaq. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR