“Qarabağ” Avropa Liqasında APOEL-lə matçda favorit sayılmır

“Qarabağ” Avropa Liqasında APOEL-lə matçda favorit sayılmır
# 07 noyabr 2019 13:09 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmekerlər Kipr çempionunu daha şanslı hesab edirlər.

Nikosiyada baş tutacaq bugünkü qarşılaşmada APOEL-in qələbəsi 2,31 əmsalla qiymətləndirilib. Ağdam təmsilçisinin qalib gəlməsinə 3,52 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,26-dır.

Qeyd edək ki, GSP stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR