“Qarabağ” Lüksemburq çempionunu darmadağın edib - YENİLƏNİB-7

“Qarabağ” Lüksemburq çempionunu darmadağın edib - YENİLƏNİB-7
# 04 oktyabr 2019 01:16 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin II turunda meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri Lüksemburqda “Düdelanj”la qarşılayıb. Matçın favoriti olan Azərbaycan klubu görüşün taleyini ilk yarıda həll edib.

Təxribat üzündən 20-25 dəqiqəlik dayandırılan ilk 45 dəqiqədə “Qarabağ” üç cavabsız qol vurub. Abdullah Zubirin erkən qolundan sonra Miçel fərqi artırıb. Məcburi fasilədən sonra isə Riçard Almeyda penaltidən fərqi üç topa çatdırıb.

İkinci hissə də ağdamlıların üstünlüyü ilə keçib. Dəfələrlə real qol vəziyyəti yaradan “Qarabağ” 4-cü topu vurmaq şansını əldən verib. Yalnız hissənin ortalarında Dani Kintana fərqi 4-ə çatdırıb.

Lakin meydan sahibləri təsəlli qolunu vura biliblər. Beləliklə, ilk turda “Sevilya”ya 0:3 hesabı ilə uduzan çempionumuz bu məğlubiyyətin əvəzini lüksemburqlulardan çıxıb.

Qeyd edək ki, qrupun digər matçında “Sevilya” APOEL-ə 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası
A qrupu, II tur
3 oktyabr
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) - 1:4
Qollar:
Bernye, 90 - Zubir, 11, Miçel, 30, Riçard, 37 (pen), Kintana, 69
Qırmızı vərəqə: Qaros,62 (ikinci sarı)
Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kols, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirş, 27. Adel Bettayeb, 28. Şarl Morren
Baş məşqçi: Bertran Krasson

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Fayçal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Con Biton (Şotlandiya)
Lüksemburq. “Josi Bartel” stadionu

1

Sevilya

2

2

0

0

4-0

6

2

Qarabağ

2

1

0

1

4-4

3

3

Düdelanj

2

1

0

1

5-7

3

4

APOEL

2

0

0

2

3-5

0

***

Saat. 01:12

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda ev sahibləri fərqi azaldıblar.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın 90-cı dəqiqəsində Antone Bernye fərqlənib - 1:4.

***

Saat. 00:52

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda daha bir qol vurulub.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın 69-cu dəqiqəsində Azərbaycan çempionu ev sahiblərini növbəti dəfə cəzalandırıb. Bu dəfə Dani Kintana rəqibi mərkəzə dəvət edib - 4:0.

***

Saat. 00:29

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Ağdam təmsilçisi 3:0 hesabı ilə irəlidədir.

***

Saat. 00:13

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda fasilə yaranıb.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Ağdam təmsilçisi 3:0 hesabı ilə öndədir.

***

Saat. 00:05

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda daha bir qol vurulub.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın 37-ci dəqiqəsində Ağdam təmsilçisi üçüncü dəfə fərqlənib. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib - 3:0.

***

Saat. 23:31

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın 30-cu dəqiqəsindən Ağdam təmsilçisi ikinci dəfə fərqlənib. Ev sahiblərini bu dəfə Miçel cəzalandırıb - 2:0.

***

Saat. 23:30

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Lüksemburqda keçirilən matçın 11-ci dəqiqəsindən Abdullah Zubir hesabı açıb - 1:0.

***

Saat. 23:00

Bu gün Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti avrokubok matçına çıxıb.

Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirinin əsas raundunda ilk səfər qarşılaşmasına başlayıb. Ağdam təmsilçisi Lüksemburqda yerli “Düdelanj”la üz-üzə gəlir.

Matç “Josi Bartel” stadionundakı keçirilir.

Qeyd edək ki, “Qarabağ” ilk turda İspaniyanın “Sevilya” klubuna 0:3 hesabı ilə uduzub.

Avropa Liqası
A qrupu, II tur
3 oktyabr
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Düdelanj:
1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kols, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirş, 27. Adel Bettayeb, 28. Şarl Morren
Baş məşqçi: Bertran Krasson

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Fayçal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Con Biton (Şotlandiya)
Lüksemburq. “Josi Bartel” stadionu

1

Sevilya

1

1

0

0

3-0

3

2

Düdelanj

1

1

0

0

4-3

3

3

APOEL

1

0

0

1

3-4

0

4

Qarabağ

1

0

0

1

0-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR