“Qarabağ” azlıqda qalan “Keşlə”ni məğlub edib 

“Qarabağ” azlıqda qalan “Keşlə”ni məğlub edib 
# 16 avqust 2019 20:54 (UTC +04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü start götürüb.

APA-nın məlumatına görə, ölkə çempionatlarındakı 96 günlük fasiləyə “Dalğa Arena”da son qoyulub.

Mövsümün startında rəqiblərini bu arenada qəbul edən “Keşlə” son çempion “Qarabağ”la görüşüb. Ağdamlılar meydan sahiblərinin müqavimətini yalnız matçın sonlarında qırıb. “Keşlə” azlıqda qaldıqdan sonra İsmayıl İbrahimli mövsümün ilk qolunun müəllifi olub. O, bu qolla komandasına üç xal qazandırıb.

Qeyd edək ki, turun digər oyunları avqustun 17-19-da baş tutacaq. Sabah “Qəbələ” “Sumqayıt”ı, ertəsi gün “Səbail” “Zirə”ni, gələn həftənin ilk günündə isə “Neftçi” “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
I tur
16 avqust
19:00. “Keşlə” - “Qarabağ” – 0:1
Baş hakim:
Orxan Məmmədov
Qol: İsmayıl İbrahimli, 78
Qırmızı vərəqə: Emin Mehdiyev, 74
Bakı. “Dalğa Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR