“Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

“Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb
# 22 avqust 2019 11:48 (UTC +04:00)

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra yarışın statistik göstəriciləri açıqlanıb.

APA-nın məlumatına görə, UEFA həm komanda, həm fərdi göstəricilər üzrə ən yaxşı və ən pis “beşliy”i müəyyənləşdirib.

Artıq Çempionlar Liqası ilə vidalaşan Azərbaycan çempionu “Qarabağ”da qurumun siyahısında qalıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mənfi mənada fərqlənib.

Ağdam təmsilçisi ən çox qayda pozuntusuna yol verən komandalar sırasındadır. “Qarabağ” keçirdiyi 6 oyunda 72 qayda pozuntusuna yol verib. Təmsilçimiz Sloveniya “Maribor”u ilə birlikdə intizamsızlar siyahısında 4-5-ci yerləri bölüşür.

Ən çox fol edən komanda isə “Srvena Zvezda”dır. Serbiya çempionu 95 qayda pozuntusuna yol verib. “Ferensvaroş” (Macarıstan) 84, ÇFR (Rumıniya) 75 dəfə intizamsızlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR