"Qarabağ" "Linfild"ə məğlub olub - YENİLƏMƏ-7

"Qarabağ" "Linfild"ə məğlub olub - YENİLƏMƏ-7
# 23 avqust 2019 00:35 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Çempionlar Liqasındakı uğursuzluqdan sonra Avropanın ikinci dərəcəli klub turniri olan Avropa Liqasına yuvarlanan Qurban Qurbanovun yetirmələri Şimali İrlandiyanın “Linfild” klubu ilə görüşüb.

Təmsilçimiz pley-off mərhələsinin ilk oyununu səfərdə keçirib. Belfastın “Vindzor Park” stadionundakı qarşılaşmaya daha fəal başlayan Ağdam klubu ilk yarıda hesabı açmağa müvəffəq olub. Faysal Rerras meydan sahiblərini məyus edib.

Lakin Şimali İrlandiya çempionu fasiləyədək nəinki hesabı bərabərləşdirib, hətta önə də çıxıb. Hər iki halda standart vəziyyətdən qapı önünə ötürmələr qolla nəticələnib. Buraxılan qollar zamanı “Qarabağ”ın müdafiəçiləri mərkəzdə rəqibi zərərsizləşdirə bilməyib.

İkinci hissədə çempionumuz məğlubiyyətdən qaçmaq istəyi ilə irəli atılıb. Lakin şimali irlandiyalıların da həmlələri təhlükəli alınıb. Sürətli əks-hücumlardan birində “Linfild” 3-cü qolu vurub. Abbas Hüseynovun səhv etdiyi epizodda Qara Qarayev də onu sığortalamaqda aciz olub. Ağdamlılar görüşün sonunda bu qollardan birinin əvəzini penaltidən çıxa bilib. Maqaye Qeye 11 metrlik nöqtədən dəqiq olub – 2:3.

Beləliklə, səfərdə 2:3 hesabı ilə uduzan “Qarabağ” ardıcıl ikinci məğlubiyyətini alıb. Bundan öncə evdə APOEL-ə 0:2 hesabı ilə uduzan çempion ardıcıl 6-cı dəfə qrupa düşmək üçün cavab matçında mütləq qalib gəlməlidir.

Qeyd edək ki, Bakıda keçiriləcək cavab oyunu avqustun 29-da baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
22 avqust
22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan) - 3:2
Qollar:
Stafford, 40, Leyveri, 45+1, 75 - Rerras, 15, Maqaye, 90+2 (pen)
Baş hakim: Sandro Şarer (İsveçrə)
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern
Baş məşqçi: David Hili
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov
Belfast. “Vindzor Park” stadionu

***

Saat. 00:34

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda daha bir qol vurulub.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 90+2-ci dəqiqəsindən Ağdam klubunu fərqi azaldıb. Queye Maqaye penaltini dəqiq yerinə yetirib - 3:2.

***

Saat. 00:33

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda daha bir qol vurulub.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 75-ci dəqiqəsindən ev sahibləri Ağdam klubunu növbəti dəfə cəzalandırıb. Şeyn Leyveri özünün ikinci, komandasının üçüncü qoluna imza atıb - 3:1.

***

Saat. 23:45

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra ev sahibləri Ağdam təmsilçisini 2:1 hesabı ilə məğlub edir.

***

Saat. 23:33

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda fasilə yaranıb.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Ağdam təmsilçisi məğlub durumdadır. Azərbaycan çempionu hesabı açsa da, ardınca qapısında iki qol görüb - 1:2.

***

Saat. 23:31

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda daha bir qol vurulub.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 45+1-ci dəqiqəsində qonaqlar önə keçiblər. Şimali irlandiyalıların heyətində Şeyn Leyveri dəqiq zərbə vurub - 2:1.

***

Saat. 23:25

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 40-cı dəqiqəsində ev sahibləri status-kvonu bərpa ediblər. Mark Stafford Azərbaycan çempionunun qapısına yol tapıb - 1:1.

***

Saat. 23:01

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Belfastda keçirilən matçın 15-ci dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Faysal Rerrasın dəqiq zərbəsi komandamızı hesabda irəli çıxarıb - 1:0.

***

Saat. 22:45

Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

APA-nın məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasındakı növbəti uğursuzluğu ikinci dərəcəli klub turnirində unutdurmaq niyyətindədir. Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir.

İlk görüşü səfərdə oynayan “Qarabağ” Belfastın “Vindzor Park” stadionunda qüvvəsini sınayır. Azərbaycan çempionu qrup mərhələsinə düşmək üçün bir həftə sonra baş tutacaq cavab matçı öncəsi qənaətbəxş nəticə əldə etməlidir.

Qeyd edək ki, son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
22 avqust
22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Sandro Şarer (İsveçrə)
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern
Baş məşqçi: David Hili
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov
Belfast. “Vindzor Park” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR