“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb

“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
# 16 iyul 2019 16:27 (UTC +04:00)

Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

APA-nın məlumatına görə, azarkeşlərin "Dalğa Arena"da baş tutacaq qarşılaşmaya rahat gedib-qayıtmasını təmin etmək üçün klubun Bakı Nəqliyyat Agentliyinə müraciəti müsbət cavablandırılıb.

Belə ki, azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Sabah saat 18:30-19:45 arası "Koroğlu" metro stansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək.

"Qarabağ" loqolu avtobuslara giriş yalnız oyun bileti ilə olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metro stansiyasına geri qaytaracaq.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR