“Qarabağ” startda ardıcıl 7-ci qələbəsini qazanıb

“Qarabağ” startda ardıcıl 7-ci qələbəsini qazanıb
# 06 oktyabr 2019 22:23 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb.

APA-nın məlumatına görə, ilk dövrəyə VII turun son iki matçı ilə yekun vurulub.

Milli komandaların oyunları ilə əlaqədar yaranan iki həftəlik fasilədən əvvəlki son görüşlər Bakıda baş tutub. Öncə meydana turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Zirə” və “Qəbələ” qarşılaşıb. İkinci hissədə hərəyə bir qol vuran komandalar meydandan bir xalla ayrılıblar.

Son çempion “Qarabağ” autsayderlər qrupunda yer alan “Sabah”la görüşüb. Mövsümün əvvəlki 6 turunda xal itirməyən Ağdam klubu bu görüşdə də qələbə qazanıb. Əyalət klubu 7-ci qələbəsini Maqaye Qeye və Abbas Hüseynovun qolları ilə əldə edib.

Qeyd edək ki, turun ilk oyun günündə “Neftçi” “Səbail”i 2:1 hesabı ilə məğlub edib, “Sumqayıt” – “Keşlə” görüşündə qolsuz bərabərlik qeydə alınıb.

Azərbaycan Premyer Liqası
VII tur
6 oktyabr (bazar)

“Zirə” – “Qəbələ” – 1:1
Qollar: İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 64
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 18:00

“Qarabağ” – “Sabah” – 2:0
Qollar: Maqaye Qeye, 17, Abbas Hüseynov, 51
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 78
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

1

Qarabağ

7

7

0

0

17-1

21

2

Keşlə

7

3

2

2

8-3

11

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

7

2

2

3

6-9

8

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Qəbələ

7

1

2

4

3-14

5

8

Sabah

7

1

2

4

5-7

5

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 4 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR