“Qarabağ” xal itirib, “Sumqayıt” əzmkar qələbə qazanıb

“Qarabağ” xal itirib, “Sumqayıt” əzmkar qələbə qazanıb
# 10 noyabr 2019 20:56 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

APA-nın məlumatına görə, turun ikinci günündə 2 oyun keçirilib.

“Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edib. 4-cü pilləyə yüksəlmək uğrunda mübarizə aparan komandaların duelində hesabı meydan sahibləri açıb.

Lakin bakılılar üstünlüyünü qoruya bilməyib. Fasilədən sonra üç qol vuran “Sumqayıt” qələbə ilə 4-cü yeri ələ keçirib.

Tura “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulub. Ağdam klubu ilk yarıda hesabı açıb.

Lakin son çempion qələbə hesabını əldən verib. Bakı təmsilçisi bərabərlik qolunu vuraraq liderdən 1 xal ala bilib.

Qeyd edək ki, bu matçlardan sonra Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar fasilə yaranıb.

Azərbaycan Premyer Liqası
XI tur
10 noyabr (bazar)

“Sabah” – “Sumqayıt” – 1:3
Qollar: Ulise Diallo, 32 // Peyman Babayi, 56, Mehdi Şərifi, 76, Əmir Ağayev, 90+5
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”, 16:30

“Qarabağ” – “Zirə” – 1:1
Qollar: Maqaye Qeye, 5 // Riçard Qadze, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

1

Qarabağ

11

8

3

0

20-3

27

2

Keşlə

11

5

4

2

13-6

19

3

Neftçi

11

5

3

3

16-10

18

4

Sumqayıt

11

4

2

5

14-16

14

5

Səbail

11

3

2

6

8-17

11

6

Zirə

11

2

5

4

11-17

11

7

Sabah

11

2

4

5

11-14

10

8

Qəbələ

11

2

3

6

9-19

9

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Mehdi Şərifi ("Sumqayıt") - 5 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR