“Qarabağ” “Zirə”nin qonağı olacaq, “Neftçi” “Keşlə”ni qəbul edəcək

“Qarabağ” “Zirə”nin qonağı olacaq, “Neftçi” “Keşlə”ni qəbul edəcək
# 20 sentyabr 2019 16:22 (UTC +04:00)

Sabah Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

APA-nın məlumatına görə, turun oyunları üç gün ərzində keçiriləcək.

İlk gündə öncə çempionata uğursuz başlayanlar üz-üzə gələcəklər. Ardıcıl üç məğlubiyyət alan “Sumqayıt” baş məşqçisini dəyişən “Sabah”ı qəbul edəcək. Autsayderi bu görüşə Rövşən Babayev çıxaracaq.

İlk qələbəsini ötən tur qazanan “Qəbələ” Bakıda “Səbail”in qonağı olacaq. Paytaxt klubu ikinci pillədə qalmaq üçün uduzmamalıdır. “Qırmızı-qaralar” isə təhlükəli zonadan uzaqlaşmaq üçün qələbə qazanmaq niyyətindədir.

Turun ikinci günündə paytaxt derbisi baş tutacaq. Turnir cədvəlinin orta sıralarında yer alan “Keşlə” və “Neftçi” sonuncuların meydanında qarşılaşacaq.

Avropa Liqasının qrupunda oynadığı üçün meydana gələn həftə çıxacaq “Qarabağ” liderlər qrupunda yer alan “Zirə”ni sınağa çəkəcək. Ardıcıl 5-ci quru hesablı qələbəsinə köklənən ağdamlılar zirvədəki mövqelərini möhkəmlətmək üçün mübarizə aparacaqlar.

Azərbaycan Premyer Liqası
V tur
21 sentyabr (şənbə)

“Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”, 17:30

“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 19:45

22 sentyabr (bazar)

“Neftçi” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30

23 sentyabr (bazar ertəsi)

“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00

1

Qarabağ

4

4

0

0

10-0

12

2

Səbail

4

3

0

1

6-5

9

3

Zirə

4

2

1

1

4-3

7

4

Keşlə

4

2

0

2

6-3

6

5

Neftçi

4

1

1

2

3-5

4

6

Sumqayıt

4

1

0

3

4-7

3

7

Qəbələ

4

1

0

3

1-9

3

8

Sabah

4

0

2

2

2-4

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə") - 3 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR