“Qarabağ”a qol vuran futbolçu turun rəmzi komandasına daxil edilib

“Qarabağ”a qol vuran futbolçu turun rəmzi komandasına daxil edilib
  • Clock-gray 12:42
  • calendar-gray 08 Noyabr 2019

Avropa Liqasında IV turun rəmzi komandası açıqlanıb.

APA-nın məlumatına görə, turun “11-liy”i “Fedeks” şirkətinin indekslərinə əsasən müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ” heyətdə təmsil olunmayıb. Ağdam klubu ilə qarşılaşan APOEL-in 2:1 hesablı qələbəsində bərabərlik qolu ilə pay sahibi olan Lukas Souza isə yarımmüdafiəçilər arasında yer alıb.

Qapıçı: Giderius Arlauskis (Kluj);

Müdafiəçilər: Reynhold Ranftl (LASK), Luis Lopez (Espanyol), Zinho Vanheysden (Standard), Sebastyan Korçia (Espanyol);

Yarımmüdafiəçilər: Oussama İdrissi (Alkmaar), Esteban Qranero (Espanyol), Lukas Souza (APOEL), Oskar Melendo (Espanyol);

Hücumçular: Munir (Sevilya), Munas Dabbur (Sevilya).
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date