“Qarabağ”ın 390 günlük rekord seriyası qırılıb

“Qarabağ”ın 390 günlük rekord seriyası qırılıb
# 22 noyabr 2019 21:01 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubunun Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri XII turun “Sumqayıt”la səfər matçında 1:2 hesabı ilə uduzub.

Bu, Ağdam klubunun mövsümdə ilk məğlubiyyəti olub. Ümumilikdə isə “Qarabağ” 31 oyun idi uduzmurdu. Bu, Azərbaycan çempionatları tarixinin rekordudur.

Q.Qurbanovun komandası cari mövsümün 12, ötən mövsümün son 19 görüşündə xalsız qalmamışdı. 390 gündən sonra uduzan “Qarabağ” sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı yenilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR