“Qarabağ”ın Avropa Liqasında “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

“Qarabağ”ın Avropa Liqasında “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb
# 16 avqust 2019 09:47 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə oyununun başlama saatı dəqiqləşib.

Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. “Qarabağ” səfər oyununa Belfastda “Vindsor Park”da çıxacaq.

Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR