“Qarabağ”ın Avropa Liqasındakı rəqibi evdə uduzub 

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi evdə uduzub 
# 17 avqust 2019 20:16 (UTC +04:00)

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Linfild” növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, təmsilçimizin rəqibi Şimali İrlandiya çempionatının III turunda meydana çıxıb.

“Linfild” öz meydanında “Kolreyn”lə görüşüb. David Hilinin yetirmələri mövsümdə ilk məğlubiyyətini alıblar - 2:4. Meydan sahibləri yalnız üç qol buraxdıqdan sonra bu toplardan ikisinin əvəzini çıxıblar. 65-ci dəqiqədə Joel Kuper, yeddi dəqiqə sonra Şeyn Lavari fərqlənib.

Görüşün sonlarında böyük qüvvə ilə irəli atılan “Linfild” qapısında daha bir qol görüb. Bu matçda qonaqların ikinci topunu avtoqola imza atan “Linfild” futbolçusu Rayan Makqiven vurub.

Beləliklə, keçirdiyi iki oyunda üç xal toplayan “Linfild” 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”la “Linfild”lə pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR