“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib
# 22 iyul 2019 14:08 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin cütləri və yarışa bu raunddan başlayacaq komandalar qatılıblar.

Çempionlar yolunda 10 cüt və 2 klub, Liqa yolunda 2 cüt və 6 klubun rəqibi bəlli olub. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi də müəyyənləşib.

Ağdam klubunun İrlandiya təmsilçisi “Dandolk”la yer aldığı cütün qalibi növbəti raundda "Sutyeska" (Monteneqro) / APOEL (Kipr) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin oyunları 6-7 və 13 avqustda keçiriləcək.

Azərbaycan çempionu “Dandolk” səddini adlasa, ilk qarşılaşmasına səfərdə çıxacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin “Dandolk” – “Qarabağ” görüşü iyulun 24-də, cavab oyunu isə ayın 31-də baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya) / “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya) / "Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Sutyeska" (Monteneqro) / APOEL (Kipr) cütünün qalibi - "Dandolk" (İrlandiya) / "Qarabağ" (Azərbaycan) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
"Saburtalo" (Gürcüstan) / ”Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş" (Macarstan) / "Valletta" (Malta) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) / HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels) / “Kopenhagen” (Danimarka) cütünün qalibi
"Maribor" (Sloveniya) / AIK (İsveç) cütünün qalibi - BATE (Belarus) / "Rusenborq" (Norveç) cütünün qalibi

Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Viktoriya” (Çexiya) / “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya) - “Bazel” (İsveçrə) cütünün qalibi / LASK (Avstriya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR