"Qəbələ" avrokubokda APOEL-lə heç-heçə oynayıb 

"Qəbələ" avrokubokda APOEL-lə heç-heçə oynayıb 
# 02 oktyabr 2019 21:48 (UTC +04:00)

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, Azərbaycan təmsilçisi Çempionlar yolunun I mərhələsində ilk oyununu keçirib.

2018/19 mövsümündə Azərbaycan Gənclər Liqasının çempionu olan “qırmızı-qaralar” Kipr təmsilçisi APOEL-lə qarşılaşıblar.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda ilk görüşü Nikosiyada keçirib. Matça fəal başlayan komanda artıq 9-cu dəqiqədə erkən qol vurub. “Qırmızı-qaralar”ın hücumu rəqib futbolçu Satsiasın avtoqolu ilə nəticələnib.

Qarşılıqlı hücumlarla keçən matçda hər iki komanda qol imkanları qazansa da, hesab yalnız fasilədən sonra dəyişib. Meydan sahibləri 48-ci dəqiqədə bərabərlik qoluna imza atıblar. Buraxılan qoldan sonra “Qəbələ” yenidən önə keçməyə çalışsa da, hesab dəyişməyib. Beləliklə, Nikosiyada keçirilən APOEL – “Qəbələ” qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab oyunu oktyabrın 24-də keçiriləcək.

UEFA Gənclər Liqası. Çempionlar yolu. I mərhələ, ilk oyun
APOEL (Kipr) – “Qəbələ” – 1:1
Nikosiya. “Makarion” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR