“Qəbələ” Kipr çempionu ilə qarşılaşacaq

“Qəbələ” Kipr çempionu ilə qarşılaşacaq
# 24 oktyabr 2019 01:11 (UTC +04:00)

19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Qəbələ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

APA-nın məlumatına görə, Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən “qırmızı-qaraıar” Çempionlar yolunun I mərhələsində cavab matçına çıxacaq.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Üç həftə əvvəl səfərdə 1:1 hesablı heç-heçə edən “Qəbələ” ötənilki kimi yenə mərhələ adlamağa çalışacaq.

Qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Korona”nı (Polşa) mübarizədən kənarlaşdıran “Saraqosa” (İspaniya) ilə görüşəcək.

UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
14:00. “Qəbələ” – APOEL (Kipr)
Baş hakim:
Denis Şurman
Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)
UEFA nümayəndəsi: Amir Navon (İsrail)
Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR