Qurban Qurbanov: "Heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik"

Qurban Qurbanov: "Heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik"
# 08 noyabr 2019 00:47 (UTC +04:00)

“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda, məğlub olduq”.

APA-nın məlumatına görə, bunu futbolu üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb. Q.Qurbanov uğursuzluğa belə şərh verib: “Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR