Ronaldo “Yuventus”dan gedir

Ronaldo “Yuventus”dan gedir
# 20 noyabr 2019 22:17 (UTC +04:00)

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı həmkarlarımız hücumçunun İtaliya “Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər.

Bildirilir ki, Turin təmsilçisi K.Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıdacaq.

Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki görüşdə əvəzlənməsindən narazı qalan futbolçu matç başa çatmamış stadiondan gedib.

Qeyd edək ki, K.Ronaldo 2003-09-cu illərdə “Mançester Yunayted”də çıxış edib. “Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR