Ronaldonu dünya rekordundan 10 qol ayırır

Ronaldonu dünya rekordundan 10 qol ayırır
  • Clock-gray 20:38
  • calendar-gray 17 Noyabr 2019

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yığmada 99-cu qolunu vurub.

Apasport.az-ın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin sonuncu – X turunda Lüksemburqun (2:0) qapısına yol tapan hücumçu bununla da dünya rekorduna bir az da yaxınlaşıb.

Yığmasının kapitanı olan K.Ronaldo millidəki qol sayında hazırda planetin ikinci bombardiridir. O, yalnız İran millisinin azərbaycanlı ulduzu Əli Daeidən geri qalır. 

Asiyalı forvard millidə 109 dəfə fərqlənib. K.Ronaldonu bu rekorddan 10 top ayırır.

Qeyd edək ki, Azərbaycan millisinin ən yaxşı bombardiri Qurban Qurbanovun hesabında 14 top var.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date