Rövnəq Abdullayev Canni İnfantino ilə görüşüb

Rövnəq Abdullayev Canni İnfantino ilə görüşüb
# 08 oktyabr 2019 21:27 (UTC +04:00)

AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

APA-nın məlumatına görə, tədbir İsveçrənin Sürix şəhərində baş tutub.

FIFA-nın mənzil-qərargahında təşkil olunan görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR