Ərsun Yanal: “İstefamdan söhbət gedə bilməz” - YENİLƏNİB

Ərsun Yanal: “İstefamdan söhbət gedə bilməz” - YENİLƏNİB
# 24 fevral 2020 00:14 (UTC +04:00)

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssis Super Liqanın XXIII turunda "Qalatasaray"a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı gəzən söz-söhbəti yalanlayıb.

Təcrübəli mütəxəssis "Fənərbaxça"dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "İstefamdan söhbət gedə bilməz. Sona qədər mübarizəni davam etdirəcəyik".

***

Saat. 23:32

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verib.

Apasport.az saytının məlumatına görə, buna komandanın Türkiyə Super Liqasının XXIII turunda "Qalatasaray"a məğlubiyyəti (1:3) səbəb olub.

Yerli mətbuat Kadıköydə 21 ildən sonra "Qalatasaray"a yenilən "sarı-lacivərdlilər"də çalışdırıcının istefa verdiyini yayıb. Lakin bu barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR