Rüfət Dadaşov Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb

Rüfət Dadaşov Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb
# 15 noyabr 2019 12:27 (UTC +04:00)

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, Almaniyanın "Proysen" klubunun üzvü Rüfət Dadaşov millinin heyətindən çıxarılıb.

Buna səbəb onun dünən keçirilən məşqdə zədələnməsidir. O, AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Uels, 3 gün sonra səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, R.Dadaşovdan əvvəl İspaniya “Albasete”sinin futbolçusu Eddi İsrafilov heyətdən çıxarılmışdı. Lakin yarımmüdafiəçi yalnız ilk oyundan kənarda qalacaq, komandaya sonradan qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR