Rumıniya millisinin baş məşqçisi final mərhələsinə yüksələ bilmədiyi üçün istefa verib

Rumıniya millisinin baş məşqçisi final mərhələsinə yüksələ bilmədiyi üçün istefa verib
# 19 noyabr 2019 23:38 (UTC +04:00)

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Apasport.az saytının məlumatına görə, buna AVRO-2020-nin seçmə mərhələsinin nəticələri səbəb olub.

Final mərhələsinə yüksələ bilməyən yığma son turda İspaniyaya böyük hesabla (0:5) uduzub. Bu üzdən 2017-ci ilin sentyabrından millini çalışdıran K.Kontra vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Rumıniya seçmə mərhələdə İspaniya, İsveç və Norveçdən sonra 4-cü yeri tutub. K.Kontranın yetirmələri yalnız Farer adaları və Litvanı qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR