Rusiya yığmasının kapitanı: “Azərbaycan yığması asan keçiləsi komanda deyil”

Rusiya yığmasının kapitanı: “Azərbaycan yığması asan keçiləsi komanda deyil”
  • Clock-gray 22:09
  • calendar-gray 07 Noyabr 2019

“Təəssüf ki, elit-raundun oyunları Yekaterinburqa verilmədi. İndi dünya çempionatına birbaşa vəsiqəni Xorvatiyada qazanmağa çalışacağıq”.

APA-nın məlumatına görə, bunu futzal üzrə Rusiya millisinin kapitanı Sergey Abramov deyib.

Təcrübəli futzalçı 2020-ci ildə Litvada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunun püşkatmasına münasibət bildirib. S.Abramov Azərbaycan, Xorvatiya və Slovakiya ilə rəqib olduqları qrupu dəyərləndirib: “Şübhə etmirəm ki, komandamız həlledici oyunlara əla formada yanaşacaq və Xorvatiyada bizi rusiyalı azarkeşlər də dəstəkləyəcək. Azərbaycan, Xorvatiya və Slovakiya yığmaları ilə bu yaxınlarda da oynamışıq. Hər üç komanda yaxşı təlim keçmiş, təslim olmayan rəqiblərdir. Onlar asan keçiləsi komanda deyil. Başa düşürük ki, bizə qarşı xüsusi köklənmə olacaq. Elit-raundda zəif komanda ola bilməz. Biz də öz oyunumuza əsaslanıb yekunda uğurlu nəticə qazanacağımıza inanırıq”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date