Rusiyalı məşqçi: “İlk yoxlama oyununda üç qol buraxmaq çox deyil”

Rusiyalı məşqçi: “İlk yoxlama oyununda üç qol buraxmaq çox deyil”
# 21 iyun 2019 09:44 (UTC +04:00)

“İlk yoxlama oyununda üç qol buraxmaq çox deyil. Hər şey qaydasındadır. Hazırlıq prosesi gedir, yeniləri yoxlayırıq”.

APA-nın məlumatına görə, bunu Rusiyanın “OİK-Xabarovsk” klubunun baş məşqçisi Aleksey Poddubski deyib.

Mütəxəssis Türkiyə toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirilən yoxlama oyunundan sonra müsahibə verib. A.Poddubski 1:3 hesabı ilə uduzan yetirmələrindən narazı qalmadığını açıqlayıb, məğlubiyyəti heyətin komplektləşmə dövrü ilə izah edib: “Komandadan 18 futbolçu gedib. Əksər hallarda bunun təşəbbüskarı oyunçular olub. Amma fəaliyyət planı ilə yolumuza davam edirik. İndi yeni komanda qururuq. Futbolçuların komandadan getməsi isə onunla bağlıdır ki, onlar ölkənin Avropaya aid hissəsində oynamaqla eyni pulu qazanmaq imkanı əldə ediblər. “Neftçi” ilə görüşdə qapıçılardan başqa bütün futbolçulara şans verdik. Hələ yenə yeni oyunçular gələcək. “Neftçi” ilə görüşdən sonra baxışda olan bir neçə futbolçunun fərdi oyunu xoşuma gəldi. Onlar müqavilə bağlanmasına yaxındırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR