“Sabah” klubu yığmanın futbolçusu ilə müqavilə imzalayıb

“Sabah” klubu yığmanın futbolçusu ilə müqavilə imzalayıb
# 23 avqust 2019 17:55 (UTC +04:00)

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan yığmasının milliləşən legioneri Ozan Can Kökçünün transferini rəsmiləşdirib.

21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə imzalanıb. O, 2021-ci ilədək bakılıların formasını geyinəcək.

Qeyd edək ki, gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb, Azərbaycanın U-21 millisində də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR