“Sabah” klubunun baş məşqçisi istefa verib

“Sabah” klubunun baş məşqçisi istefa verib
# 16 sentyabr 2019 09:20 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, "Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib.

Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan E. Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, bu, mövsümdə ikinci istefadır. Bundan öncə “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan ayrılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR