Sənan Qurbanov: "Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti müəyyənləşdirmişəm"

Sənan Qurbanov: "Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti müəyyənləşdirmişəm"
# 17 iyul 2019 20:43 (UTC +04:00)

“Boluspor” gözlədiyimizdən daha sürətli oyun nümayiş etdirdi. İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi”.

APA-nın məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.

“Qırmızı-qaralar”ın çalışdırıcısı Türkiyə toplanışı çərçivəsində yerli “Boluspor”a qarşı keçirilən yoxlama (2:1) oyunu barədə fikirlərini açıqlayıb: “Düzdür, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la matçı analiz edəcəyik. Çalışacağıq səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Çünki bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.

Təlim-məşq toplanışını dəyərləndirən Qurbanov Avropa Liqasının iyulun 25-də keçiriləcək II təsnifat mərhələsinin ilk oyununa hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını da başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin qarşılaşmada səhvsiz oynayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR