Serxio Ramos Çempionlar Liqasında rekord vurub

Serxio Ramos Çempionlar Liqasında rekord vurub
  • Clock-gray 00:39
  • calendar-gray 23 Oktyabr 2019

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

APA-nın məlumatına görə, arxa xətt oyunçusu Çempionlar Liqasında ən çox matç keçirən müdafiəçi adına yiyələnib.

“Qalatasaray”la İstanbulda keçirilən oyun S.Ramosun qitənin ən nüfuzlu klub turnirində 121-ci qarşılaşması olub. O, bununla da Roberto Karlosu (120 oyun) arxada qoyub.

O, Çempionlar Liqasında keçirdiyi əvvəlki 120 oyunda 12 qol vurub, 8 məhsuldar ötürmə verib, 36 sarı, 3 qırmız vərəqə alıb.

Qeyd edək ki, 2005-ci ilin yayında “Sevilya”dan “Real”a 27 milyon avroya transfer olunan S.Ramosun müqaviləsi 2021-ci ilə qədərdir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date