“Sevilya” “Qarabağ”la oyunöncəsi Bakıda açıq məşqə çıxıb - FOTOSESSİYA

“Sevilya” “Qarabağ”la oyunöncəsi Bakıda açıq məşqə çıxıb - FOTOSESSİYA
# 18 sentyabr 2019 19:25 (UTC +04:00)

İspaniyanın “Sevilya” klubu Azərbaycan çempionu “Qarabağ”la oyun öncəsi son məşqini gerçəkləşdirib.

APA-nın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq turnirin beşqat qalibi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edib.

Baş məşqçi Xulen Lopeteqinin rəhbərliyi altında keçən hazırlıqda Bakıya gələn 24 futbolçu iştirak edib. Onlardan biri Lukas Okampos cəza üzündən sabah keçiriləcək görüşü buraxacaq. Digər 23 oyunçu matçın hazırlıqlarını yekunlaşdırıb.

Qeyd edək ki, Bakıya zədəli futbolçusu Nolito olmadan gələn “Sevilya” ilə “Qarabağ” arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR