Slovakiya - Azərbaycan oyununun favoriti açıqlanıb

Slovakiya - Azərbaycan oyununun favoriti açıqlanıb
# 19 noyabr 2019 13:50 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsinin X turu çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan oyununun favoriti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, E qrupunun bu gün baş tutacaq görüşündə ev sahiblər favorit hesab olunur.

Trnavadakı "Anton Malatinski" stadionundakı matçda Slovakiyanın qələbəsini 1,23 əmsalla qiymətləndirən bukmekerlər Azərbaycanın qalib gəlməsinə 15,00 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 7,00-dır.

Qeyd edək ki, Slovakiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR