“Sumqayıt” yenə uduzub, “Sabah” son pilləyə yuvarlanıb - VİDEO

“Sumqayıt” yenə uduzub, “Sabah” son pilləyə yuvarlanıb - VİDEO
# 14 sentyabr 2019 21:57 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında IV tura start verilib.

APA-nın məlumatına görə, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan ikihəftəlik fasilədən sonra çempionat iki oyunla bərpa olunub.

Günün ilk matçında “Sumqayıt” “Zirə”ni qəbul edib. Oyun qonaqların erkən qolu ilə başlayıb. Xulio Sezar Rodriges hesabı açıb.

Sumqayıtlılar tezliklə hesabda tarazlıq yaradıb. Buna “Zirə”nin futbolçusu Tellur Mütəllimovun avtoqolu səbəb olub. Lakin bakılılar qarşılaşmanın sonlarında qələbə qoluna imza ata biliblər. Şefiq Tiqrudja paytaxt təmsilçisini 2-ci pilləyə daşıyan qolun müəllifi olub.

Günə Masazır qəsəbəsində yekun vurulub. Çempionata uğursuz başlayan komandaların duelində “Sabah” “Qəbələ”ni qəbul edib.

Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. Fasilədən sonra Roman Hüseynov “Qəbələ”nin mövsümdə ilk qoluna imza atıb. Bu qol “qırmızı-qaralar” mövsümdə ilk qələbəni qazanmaq üçün yetərli olub. “Sabah” isə son pilləyə yuvarlanıb.

Qeyd edək ki, sabah başa çatacaq turun son oyunlarında “Keşlə” “Səbail”i, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)

“Sumqayıt” – “Zirə” – 1:2
Qollar: Tellur Mütəllimov, 16 (avtoqol) – Xulio Sezar Rodriges, 53, Şefik Tiqrudja, 88
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena”, 18:00

“Sabah” – “Qəbələ” – 0:1
Qol: Roman Hüseynov, 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:00

1

Qarabağ

3

3

0

0

8-0

9

2

Zirə

4

2

1

1

4-3

7

3

Keşlə

3

2

0

1

5-1

6

4

Səbail

3

2

0

1

4-4

6

5

Neftçi

3

1

1

1

3-3

4

6

Sumqayıt

4

1

0

3

4-7

3

7

Qəbələ

4

1

0

3

1-9

3

8

Sabah

4

0

2

2

2-4

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt") - 3 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR