Tokio-2020-nin iki yarışı başqa şəhərdə keçirilə bilər

Tokio-2020-nin iki yarışı başqa şəhərdə keçirilə bilər
# 17 oktyabr 2019 16:54 (UTC +04:00)

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları çərçivəsində baş tutacaq marafon və idman yerişi başqa şəhərdə təşkil oluna bilər.

APA-nın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi atletikanın bu növləri üzrə birinciliklərinin Sapporoda baş tutmasını planlaşdırır.

Qurum bu istəyi onunla izah edib ki, yarış zamanı Tokioda havalar çox isti olacaq. Marafon və idman yerişi isə ən yorucu növləridir.

Sapporo Yaponiyanın ən şimal prefekturası olan Hokkaydo əyalətinin paytaxtıdır. Olimpiada zamanı Tokio ilə bu şəhər arasında 5-6 dərəcə fərq olacaq.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR