"Tottenhem" Poçettinonu istefaya göndərib

"Tottenhem" Poçettinonu istefaya göndərib
# 20 noyabr 2019 01:20 (UTC +04:00)

"Tottenhem"in baş məşqçisi Mauritsio Poçettino istefaya göndərilib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilir ki, argentinalı mütəxəssisin göndərilməsinə səbəb London təmsilçisinin cari mövsümdəki zəif çıxış etməsidir. Ötən mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının finalına qədər irəliləyən komanda hazırda Premyer Liqada 14-cü pillədə qərarlaşıb.

Poçettino ilə yanaşı, onun məşqçi korpusu bütünlüklə istefaya göndərilib. Bu ayrılıq çalışdırıcıya 14 milyon avro təzminat qazandırıb.

Qeyd edək ki, 2014-cü ildən bəri "Tottenhem"ə rəhbərlik edən Mauritsio Poçettino ötən illər ərzində komandanı müntəzəm olaraq Premyer Liqanın ilk "5-liy"ində saxlamağı bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR